Mövsümi soyuqdəymə və qrip hava damcıları ilə ötürülür. Virusun daşıyıcısı ilə qısa söhbət belə xəstəliyə səbəb ola bilər. Hal-hazırki Pandemiya dövründə isə artıq maskasız təmas yolverilməz hala gəlmişdir.
Qoruyucu maskanı düzgün şəkildə necə istifadə etməli?:
1. Maskanı geyinmə, daşıma və çıxarma vaxtı vasitənin əl ilə təmasının minimal olmasını təmin etmək.
2. Bütün perimetrləri üzrə maskanı üzə maksimal dərəcədə sıxlaşdırmaq. Səhv taxacağanız halda, ən təsirli maska da kömək etməyəcək. Odur ki, ilk növbədə burun və ağzınızı tamamilə örtən bir maska seçin.
3. Vasitənin daşımnması üzrə müddət və şərtlərə riayət etmək:
4. mürəkkəb epidemioloji vəziyyətlər zamanı maska hər iki saatdan bir dəyişdirilməlidir;
5. tozlanma şərtlərində dəyişmə, hər 3-4 saatdan bir tələb olunur
6. adi şərtlərdə vasitənin daşınma müddəti maksimum – 6 saatdır.
7. İstifadə olunmuş maskanı düzgün şəkildə utilizasiya etmək, əlləri sabunla diqqətlə yumaq və ya xüsusi dezinfeksiya edici vasitələrlə işləmək.
Birdəfəlik tibbi maska necə geyinmək olar:
1. Əvvəlcə əllərinizi antibakterial sabunla yuyun.
2. Uyğun bir maska geyinərək, burun və ağzınızı örtün. Sonra onu yumşaq bir şəkildə çənənizə doğru çəkin.
3. Maskanın qıraqlarını burun körpüsünün yuxarı kənarı boyunca yumşaq bir şəkildə sıxın ki, maska üzünüzə kip otursun.
4. Öskürək və ya asqırma zamanı maskanı çıxartmayın.
5. Nəm, çirkli və ya zədələnmiş vəziyyətə düşdükdə, maskanı dəyişdirin.
6. Maskanı çıxardıqdan sonra əllərinizi yuyun.