Əgər ailədə bir adam covidə tutulubsa sözsuz hamı xəstəliyə tutulub, analizin neqativ çıxmasına baxmayaraq. Analiz götürülmə vaxtından asılı olaraq yanlış neqativ göstərə bilər. Ən düzgün taxma xəstəliyin 2-4-5ci günləri götürüləndə göstərir. Ona görə yoxlanan hər iki insandan birində neqativ göstərir.
Bakı Bərpa Mərkəzinin həkimi Dr. Fərid Eyvazov bildirir ki, ailə daxili sıx kontaktda olanlar analizi neqativ çıxsa belə covid xəstəsi sayılır. Simptomsuzlar 10 gün, əlamət olanlar 14 gün evdə qalmalıdırlar. 80% hallarda covid simptomsuz kecir.
- Temperaturun 37,4-ə qədər olması norma sayılır. Əgər başqa əlamətlər varsa onda patologiya sayıla bilər.
- Asimptomatik (əlamətlər olmayan) covid xəstələrinə heç bir müalicə lazım deyil. Sadəcə 10 gün evdə qalmaları kifayətdir.
- Yüngül əlamətləri olan (iybilmə, dadbilmənin pozulması, kürəklərdə ağrı, əzələ ağrıları, əllərin, ayaqların keyiməsi, paresteziyalar, qusma, diareya...) xəstələrə də müalicə lazım deyil. 14 gün evdə qalmaları və çox maye qəbul etmələri kifayətdir. Ancaq yaşlı, risk qrupuna aid xəstələrə (diabetiklər, ürək xəstələri...) antiviral və antikoaqulyant müalıcə təyin olunur.
- Antiviral dərmanlardan (virus əlehinə) arbidolu ,erqoferonu,tamiflunu boş yerə qəbul etməyin, heç bir təsiri yoxdur. Yalnız Favipravir tam təsdiqini tapmasa da xəstəliyin ilk 8 gününə qədər təyin etdikdə effekt verir. Favipravir xüsusi sxema ilə 5 gün müddətinə təyin edilir.
Təngnəfəsliyi olan ağır xəstələrə! respirator distress sindromunda, sitokin qasırğasında favipravir tesir etmir, burada Remdesevir öz effektliyini tam təsdiqləyib. Xəstəliyin 8-ci günündən intubasiya olmayanlara 5 gün, intubasiya olanlara 10 gün təyin olunur və çox effekt verir.