1.Ərazi və məkanların təmizlənməsi - Bu xidmətə inzibati binalara aid yardımçı tikili və binaların (qaraj, anbar otaqları, server və texniki otaqlar, generator və transformator olan sahə) və mövcud olduğu halda inzibati binaətrafı ərazilərin (ön və arxa həyətyanı sahələrin, yaşıllıq sahəsinin) təmizlənməsi; inzibati bina və ofislərin qarşısında quraşdırılmış bayraqların montaj-demontaj edilməklə və bayraq iplərini saz vəziyyətdə saxlamaqla kimyəvi təmizlənməsi; bina qarşısında quraşdırılmış reklam lövhələrinin çöl və iç hissələrinin yuyulması, fasad şüşələrinin (vitrajların) qaldırıcı kran və ya sənaye alpinizmi üsulu ilə çöldən, xüsusi texniki vasitələrdən istifadə edilməklə daxildən yuyulması; yaşayış binalarının, ticarət mərkəzlərinin, mehmanxanaların, istirahət mərkəzlərinin, məktəblərin və digər məkanların xüsusi avadanlıq və vasitələrdən istifadə edilməklə təmizlənməsi daxildir.
2.Hovuz və su tutarların təmizliyi - Bu xidmətə üzgüçülük və dekorativ hovuzların çirkləndiricilərdən fiziki və kimyəvi təmizlənməsi daxildir.
3.Təmirdən sonra təmizlik - Bu xidmətə bütün məkan üzrə əsaslı və cari təmirdən sonra qurumuş tikinti yapışqan və skotçlarının şüşə, güzgü, mebel səthlərindən çıxarılması; döşəmələrin üzərindən tikinti tozu, kir, boya, lak, sement və digər izlərin aparılması ilə çirklənmələrdən təmizlənməsi, döşəmələrin və plintusların tikinti tozundan qalan izlər yox olanadək bir neçə dəfə sulu təmizlənməsi; otaqlarda interyerin yüngül əşyalarını yerindən tərpətməklə tozsoranla quru təmizlənməsi, pəncərə altlıqları, radiatorlar və boruların sulu təmizlənməsi; giriş qapısı və furnitur qapı bloklarının sulu silinməsi; güzgülərin və şüşə səthlərinin yuyulması; aksessuarlar, interyer əşyaları (vazalar, şəkil çərçivələri və s.) üzərindən tozun silinməsi; elektrik ştepselləri, elektrik açarları və bütün hündürlük boyunca divarüstü işiqlandırıcı cihazların üzərindən tozun silinməsi; çılçıraqlar və tavan lampalari üzərindən tozun silinməsi; səthin imkan verdiyi təqdirdə divarlardan lokal çirklənmələrin təmizlənməsi; karnizlər, kondisionerlər üzərindən tozun silinməsi, eləcə də daxili filtrlərın yuyulması; divarların və tavanların tozdan azad edilməsi; pəncərələrin iki tərəfdən yuyulması; pəncərələrin karkas hissələrinin iki tərəfdən təmizlənməsi, montaj plyonkasının çıxarılması; eyvanın təmizlənməsi daxildir.
4.Mənzilllərin təmizliyi - Bu xidmət zamanı müştərinin sifarişi və istəyi üzrə əvvəlcə təmizlik xidmətinin göstəriləcəyi məkana baxış keçirilir, müştərilərə uyğun qiymət təklifi hazırlanır, daha sonra gündəlik, dəstəkləyici və əsaslı xidmət növləri üzrə təmizlik işini həyata keçirəcək işçi heyəti, vaxt və müddət müəyyən edilir. Əsaslı təmizlik çərçivəsində otaq, dəhliz və zal təmizliyi; qapı və pəncərələrin təmizliyi; xalça və kavrolinlərin təmizlənməsi və yuyulması; mətbəx təmizliyi; tavan və divarların təmizliyi; mebellərin tozunun alınması; kafel və metlaxların təmizliyi; sanitar qovşaqların təmizlənməsi işləri icra edilir.
5.Hotel təmizliyi - Bu xidmətə hotel və qonaq evləri otaqlarının individual vaxtlarda gündəlik təmizlənməsi, o cümlədən otağın havalandırılması, çirkli dəyişəyin dəyişdirilməsi, döşəmə, tavan, divar və xalçaların quru və yaş təmizliyi, otaq aksesuarlarının tozlarının alınması, havalandırma və isitmə sistemlərinin təmizlənməsi, mebel və səthlərdən tozun alınması, hamam otağının kimyəvi məhlullar ilə sanitar təmizliyi, dolabların səliqəyə salınması, işlənmiş avadanlığın yenilənməsi və dəyişdirilməsi, əvvəlki qonaq getdikdən sonra növbəti qonağın gəlişinədək otağın tam şəkildə təmizlənməsi daxildir.
6.Ofislərin təmizliyi - Bu xidmət zamanı ofisin xüsusiyyətləri və müştərinin istəkləri nəzərə alınmaqla təmizlik xidmətlərinin 3 növü əsasında əsaslı, dəstəkləyici (gündəlik və həftəlik qrafik tərtib olunmaqla) və təmirdən sonrakı təmizlik olmaqla tozsoranla quru təmizləmə, döşəmə örtüyünün müvafiq üsul ilə təmizlənməsi; işıqlandırıcı cihazlar üzərindən tozun silinməsi; pəncərə altıları, radiatorlar və boruların sulu təmizlənməsi; qapı və qapı çərçivələri üzərindən tozun silinməsi; bütün növ ofis mebellərinin sulu təmizlənməsi; ofis avadanlıqlarının tozunun alınması; pəncərələrin silinməsi; güzgülərin və şüşə səthlərin təmizlənməsi və yuyulması; ofis aksesuarları və interyer əşyalarının (vaza, şəkil çərçivələri və s) üzərindən tozun təmizlənməsi; zibilin tullanması və zibil səbətlərində polietilen paketlərin dəyişdirilməsi; mətbəxin təmizlənməsi; santexnikanın təmizlənməsi və dezinfeksiyası; kafel plitəsi və arakəsmələrinin yuyulması (lokal çirklənmələr olduğu halda); sanitar qovşaqların salfet, maye sabun və əl quruducuları ilə təmin və təchiz edilməsi; gül və dibçəklərə daimi qulluq göstərilir.
7.Bağ evi və villaların təmizlənməsi - Bu xidmət zamanı bağ evinin təmizlənməsi; həyətyanı sahədə yerləşən yardımçı tikililərin (qaraj, ambar, zirzəmi, çardağ və s) təmizlənməsi, yaz-payız mövsümündə həyətin qurumuş ağac və yarpaqlardan təmizlənməsi; ağac gövdələrinin əhənglənməsi; bağ sahəsinin sərt örtüyünün (tamet) yuyulması, zibillərin yığılması və atılması işləri həyata keçirilir.
8.Yumşaq mebellərin təmizlənməsi - Bu xidmətin yerinə yetirilməsi zamanı səthin çirklənmə dərəcəsindən asılı olaraq Alman şirkəti Karcher tərəfindən istehsal olunmuş avadanlıq və xüsusi yuyucu vasitələrin köməkliyi ilə təmizləmə işləri həyata keçirilir. Bu zaman uzunmüddətli, qalıcı ləkələr xüsusi ləkə çıxaran vasitələrlə aradan qaldırılır, fırça və şampunlu su ilə fırçalanır. Qalıq su vakuum aparatı ilə çəkilir. Bu xidmətə divan və kresloların kimyəvi təmizlənməsi, dəri örtüklü mebellərin kimyəvi təmizlənməsi, yumşaq stulların kimyəvi təmizlənməsi, pufikin kimyəvi təmizlənməsi, matrasların kimyəvi təmizlənməsi xidmətləri daxildir.
9.Pərdə və jalüz təmizlənməsi - Bu xidmət zamanı pərdə və jalüzlərin yerində sökülmədən Karcher buxar aparatları ilə də təmizlənməsi yerinə yetirilir. Yuyulmadan sonra jalüz və pərdələrə onları nəm və çirklənmədən qoruyan xüsusi maddə hopturulur.
10.Xalça və kavrolin təmizlənməsi - Bu xidmətin sifarişi zamanı xalça və kavrolinlər yerində nəmləndirilir, çirklənmə dərəcəsi nəzərə alınmaqla fırçalama mərhələsində çirk və ləkələrdən təmizlənir, daha sonra xalça və kavrolindəki nəm vaakum aparatı ilə çəkilir və təbii qurumaya buraxılır. İşin, istehsalın fasiləsizliyinin təmin edilməsi məqsədilə müştərinin istəyi və sifarişi üzrə xalça və kavrolinlərin qısa müddət ərzində qurudulması zamanı Karcher şirkətinin sürətli xalça qurutma avadanlığından istifadə edilir.
11.Pəncərə təmizliyi - Bu xidmət gündəlik və təmirdən sonrakı təmizlik çərçivəsində həm hündürmərtəbəli, həm də fərdi evlərdə həyata keçirilir. Təmizlik üçün zəruri avadanlıqlar tərəfimizdən təqdim edilir. Pəncərələr həm çöl, həm də içəri tərəfdən pəncərə çərçivələri ilə birlikdə yuyulur. Yüksək risk tələb edən təmizlik xidməti olduğu üçün bütün zəruri təhlükəsizlik tədbirləri görülür.
12.Çılçıraq təmizliyi - Bu xidmət zamanı zəruri platforma və nərdivanlar təmizlik xidməti tərəfindən təmin edilir. Çilçıraqların dərin təmizlənməsi zamanı çilçıraq elektrikdən ayrılır, plafonlar yuyucu maddələrlə isladılır, su ləkələrindən təmizlənir və parlaqlıq vermək üçün qurudulma mərhələlərindən keçirilir.
13.Şüşə və fasad təmziliyi - Bu təmizlik növü sifarişçinin arzusundan asılı olaraq bir dəfə və ya müntəzəm şəkildə həyata keçirilir. Xidmətin bu növü hündürmərtəbəli binalar üçün nəzərdə tutulduğundan yüksək riskli təmizlik növü hesab edilir və təhlükəsizlik qaydalarına əməl edilməklə, xüsusi təlim keçmiş hündürlükdə işlərin yerinə yetirilməsi vərdişlərinə malik olan təmizlikçi-alpinistlər tərəfindən icra edilir. Xüsusi qaldırıcı sistem vasitəsi ilə ən hündür yerlərdə təmizlik işləri şüşə və metal səthə zədə vurulmadan yerinə yetirilir.
Ziya Bünyadov pr-ti, 1965-ci məhəllə, Çinar Park Biznes Mərkəzi, bina 1, mərtəbə 1, Bakı
+994 50 824 44 22
info@ecomedi.az