E C O M E D I
Dezinseksiya - 3 qrupa ayrılır: təbii, məhvedici və profilaktik

Dezinseksiya

Dezinseksiya infeksiya xəstəlikləri yayan, yeyinti və k.t. məhsularına, habelə yaşayış mənzillərinə ziyan vuran buğumayaqlılara (cücü, gənə) qarşı işlədilən mübarizə üsulu və vasitəsidir.

Üç qrupa ayrılır: təbii, məhvedici və profilaktik dezinseksiya

Təbii dezinseksiya kənd təsərrüfatı və baytarlıq dezinseksiyası üsulları, buğumayaqlıların artıb çoxalmasına mane olmağa (profilaktik dezinseksiya) və onları tamamilə məhv etməyə (məhvedici) yönəldilir.

Profilaktik dezinseksiya bədəni tez-tez yumaq, yumşaq mebelləri fırça və ya tozsoranla təmizləmək, zibil qablarını təmiz saxlamaq və s. aiddir.

Məhvedici dezinseksiya kimyəvi, fiziki və bioloji üsullarla aparılır.

Kimyəvi üsulla həşəratlar xüsusi dərmanların köməyilə məhv edilir. İnsektisidlər məhlul, toz və aerozol halında işlədilir.

Fiziki üsulla, əsasən, yüksək temperatur vasitəsilə aparılır. Buğumayaqlılara (o cümlədən bit, birə, taxtabiti) 50°S və ondan yuxarı temperatur, isti hava, isti buxar, isti su öldürücü təsir göstərir.

Bioloji üsulla dezinseksiya zamanı buğumayaqlılar müəyyən mikrob, virus və həşəratlar məhv edilir

 

Bizimlə əlaqə

Vaxt itirməyin, elə indi yazın

ecomedi logo

Əlaqə üçün məlumat

Ziya Bünyadov pr-ti, 1965-ci məhəllə, Çinar Park Biznes Mərkəzi, bina 1, mərtəbə 1, Bakı

+994 50 824 44 22

info@ecomedi.az