E C O M E D I
Deratizasiya - bioloji, kimyəvi və mexaniki yolla aparılır.

Deratizasiya

 

Deratizasiya yoluxucu xəstəliklərin törədiciləri və daşıyıcıları olan zərərli gəmiricilərin məhv edilməsi tədbirləridir. Epidemioloji cəhətdən ən qorxulu gəmiricilər ev və çöl siçanları, boz və qara siçovullar, sünbülqıranlar, su siçanı və s.-dir.

 

Deratizasiya zamanı həm profilaktika işləri aparılır, həm də gəmiricilər tələf edilirlər. Profilaktika məqsədilə ərzaq məhsullarını gigiyenik cəhətdən elə yerləşdirmək lazımdır ki, həmin gəmiricilər ora daxil ola bilməsinlər.

 

Deratizasiya bioloji, kimyəvi və mexaniki yolla aparılır.

Bioloji metod – pişiklərdən, itlərdən və s. istifadə edilir.

Mexaniki metod – tələlərdən istifadə edilir.

Kimyəvi metod – müxtəlif zəhərlərdən, kükürd anhidridindən və s. istifadə edilir.

 

Bundan başqa, aldadıcı yemlərdən (müxtəlif dərmanlar qatılmaqla) istifadə edilir. Bunları hazırlayarkən çörək, sıyıq, xəmir, tərəvəz, taxıl və s. əlavə olunur. Gəmiriciləri cəlb etmək üçün ona günəbaxan yağı və ət qiyməsi də qatılır.

Sifariş etmək üçün bizimlə əlaqə saxlayın: *4422
Bizimlə əlaqə

Vaxt itirməyin, elə indi yazın

ecomedi logo

Əlaqə üçün məlumat

Ziya Bünyadov pr-ti, 1965-ci məhəllə, Çinar Park Biznes Mərkəzi, bina 1, mərtəbə 1, Bakı

+994 50 824 44 22

info@ecomedi.az