E C O M E D I

Pandemiya nədir?

Pandemiya nədir?

Pandemiya, yeni bir xəstəliyin dünyaya yayılmasıdır. Bir qrip pandemiyası, yeni bir qrip virusu ortaya çıxdıqda və dünyaya yayıldıqda meydana gəlir və insanların əksəriyyətində bu xəstəliklərə qarşı immuniteti olmur. İndiyə kimi baş vermiş pandemiyalar əsasən heyvan qripi viruslarından qaynaqlanmışdır.

Qrip pandemiyasının bəzi məqamları mövsümi qripə bənzər görünə bilər, digər parametrlər isə əhəmiyyətli dərəcədə fərqlənə bilər. Məsələn, bütün yaş qrupları həm mövsümi, həm də pandemik qripə yoluxa bilər və xəstələrin çoxu müalicə olunmadan tamamilə sağalacaqdır. Bununla birlikdə, tipik mövsümi qrip yaşlılarda ən çox ölümə səbəb olur və digər ağır hallar ən çox müxtəlif tibbi vəziyyəti olan insanlar arasında baş verir.

COVID-19 pandemiyası, SARS-CoV-2 koronavirusunun yaratdığı koronavirus infeksiyası COVID-19-un mövcud qlobal pandemiyasıdır. Xəstəliyin ilk dəfə 2019-cu ilin dekabrında Çinin Wuhan şəhərində yarandığı bildirilir. Bu epidemiya 30 yanvar 2020-ci il tarixində Dünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq narahatlıq doğuran bir ictimai səhiyyə vəziyyəti kimi qəbul edildi və 11 mart, 2020-ci ildə pandemiya elan edildi. Dünya miqyasında 69,1 milyondan çox xəstəliyə yoluxan qeydə alınmış, 1.573 milyondan çox insan dünyasını dəyişmiş və 47.8 milyondan çox insan sağalmışdır.

COVID-19-u virusu yoluxmuş insan öskürərkən, asqırarkən və ya nəfəs alarkən yaranan damcılar vasitəsi ilə yayılır. Bu damcılar havada qalmaq üçün çox ağır olduğuna görə sürətlə döşəməyə və ya səthlərə çökür.

COVID-19-a yoluxmuş insana yaxın məsafədəsinizsə, virusun olduğu havanı udaraq və ya üzərində virus olan səthə toxunduqdan sonra gözlərinizə, burnunuza və ağzınıza toxunaraq yoluxa bilərsiniz.

COVID-19 müxtəlif insanlara müxtəlif yollarla təsir edir. Yoluxmuş insanların çoxu aşağı və orta səviyyədə xəstələnir və əlavə tibbi yardım olmadan sağalır.

Ən çox rast gəlinən simptomlar:

  • qızdırma
  • quru öskürək
  • yorğunluq

Nisbətən az rast gəlinən simptomlar:

  • sancılar və ağrılar
  • boğaz ağrısı
  • ishal
  • konyuktivit
  • baş ağrısı
  • dad və iy hissinin itməsi
  • dərinin səpməsi, barmaq və dırnaqların rənginin dəyişməsi

İnfeksiyanın ötürülməsinin qarşısını almaq üçün şəxsi gigiyena tədbirlərinə riayət etmək, əllərinizi tez-tez yumaq, çirkli əllərinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmamaq, öskürərkən və asqırarkən birdəfəlik dəsmal istifadə etmək və istifadədən dərhal sonra atmaq lazımdır. Tibbi maskadan istifadə və Sosial məsafə infeksiyanın qarşısını almaq üçün tövsiyə olunan yollardan biridir.

ecomedi logo

Əlaqə üçün məlumat

Ziya Bünyadov pr-ti, 1965-ci məhəllə, Çinar Park Biznes Mərkəzi, bina 1, mərtəbə 1, Bakı

+994 50 824 44 22

info@ecomedi.az