E C O M E D I

Özümü Koronavirusa yoluxma riskindən necə qoruya bilərəm?

Özümü Koronavirusa yoluxma riskindən necə qoruya bilərəm?

İnfeksiyadan özünüzü qorumaq üçün siz və ailəniz aşağıdakı ehtiyat tədbirindən yararlana bilərsiniz:

1.   Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun.
2.   Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın
3.   Başqaları ilə aranızda ən az 1 metr məsafə saxlayın
4.   Telefonlar, qapı dəstəkləri, işıq keçiriciləri və qida hazırlanan səthlər kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin
5.   Sizdə və ya övladınızda hərarət, öskürək yaxud təngnəfəslik olarsa, tez bir zamanda tibbi yardım üçün müraciət edin
6.   İnsanların çox olduğu, qapalı və havalandırmanın zəif olduğu yerlərə getməməyə çalışın və ya getməlisinizsə insanlarla aranızda fiziki məsafəni saxlamağa çalışın
7.   Fiziki məsafəni saxlamanın çətin olduğu ictimai yerlərdə parça maskadan istifadə edin
8.   Qapalı məkanları mütəmadi havalandırın

ecomedi logo

Əlaqə üçün məlumat

Ziya Bünyadov pr-ti, 1965-ci məhəllə, Çinar Park Biznes Mərkəzi, bina 1, mərtəbə 1, Bakı

+994 50 824 44 22

info@ecomedi.az