E C O M E D I

Koronavirusla bağlı profilaktik tədbirlər

Koronavirusla bağlı profilaktik tədbirlər

Yaşadığınız ərazidə COVID-19-un yayılmasından ailənizlə birlikdə necə qoruna bilərsiniz

  • COVID-19 və onun icmada yayılma halları haqqında məlumatları haradan tapa biləcəyinizi müəyyənləşdirin.
  • COVID-19-un əlamətləri və simptomları barədə nə etməli olduğunuzu öyrənin:
    • Özünüzü pis hiss edirsinizsə evdə qalın.
    • Həkimə getməzdən öncə gəlişinizi zəng edərək bildirin.
    • Vacib olmadıqca evdən çölə çıxmayın.
    • Qonaqlarınızın (ziyarətçilərinizin) sayını azaldın.
  • Yüksək yoluxma riski qarşısında qalan şəxslərin hansı əlavə ehtiyat tədbirlərini həyata keçirə biləcəklərini öyrənin.
  • Xəstəliyin qarşısını almaq üçün addımlar atın (məsələn, özünüzü pis hiss etdiyiniz halda evdə qalın, əllərinizi tez-tez yuyun, asqırarkən və öskürərkən ağzınızı və burnunuzu birdəfəlik salfet və ya dirsək büküşünüzlə bağlayın, tez-tez toxunulan səthləri gündəlik təmizləyin).
  • Ailə üzvlərinin virusa yoluxması ilə və ya yaşadığınız ərazidə COVID-19 səbəbindən gündəlik həyatın pozulması kimi mümkün hallara qarşı hazırlıq planınız olsun.
    • Evdən tez-tez çıxma hallarını azaltmaq məqsədilə iki həftəlik dərman, qida və digər zəruri məhsulları tədarük edin.
    • Digər şəxslərlə (ailə üzvləri, dostlar, iş yoldaşları və s.) əlaqə imkanlarını müəyyən edin.
    • Evdən işləmək, uşaqların qayğısına qalmaq və planlaşdırılmış tədbirlərin ləğv edilməsi halları üçün alternativ planınız olsun.
  • Ailə üzvlərinin iş yerləri və ya getdikləri təhsil müəssisələrində mümkün fövqəladə hallar planı barədə məlumatlı olun.

Evdə sağlamlığınızı qorumaq üçün 10 tövsiyə

  1. Evdə qalaraq işdən, məktəbdən və digər ictimai yerlərdən uzaq olun. Evdən çıxmaq vacibdirsə hər-hansı ictimai nəqliyyat, ortaq minik avtomobili və taksi istifadəsini məhdudlaşdırın.
  2. Simptomlarınızı diqqətlə izləyin. Simptomlarınız kəskinləşirsə, dərhal həkiminizə zəng edin və ya dövlət tərəfindən müəyyənləşdirilmiş tibb müəssisələrinə və ya təcili tibbi yardım xidmətinə müraciət edin.
  3. İstirahət edin və bol maye (su, çay və s.) qəbul edin.
  4. Qripəbənzər əlamətləriniz varsa, həkimə zəng vurun və COVID-19 virusuna yoluxma ehtimalınız olduğunu bildirin.
  5. Ciddi şübhəniz olduqda təcili tibbi yardım üçün 103 və ya 113 nömrəsinə zəng edin və tibb işçilərini COVID-19-a yoluxma ehtimalınız barədə məlumatlandırın.
  6. Öskürərkən və ya asqırarkən ağzınızı və burnunuzu birdəfəlik salfet və ya dirsək büküşünüzlə bağlayın.
  7. Əllərinizi tez-tez sabun və su ilə ən azı 20 saniyə ərzində yuyun və ya tərkibində ən azı 70% spirt olan əl təmizləyici (dezinfeksiyaedici) vasitələrdən istifadə edin.
  8. İnfeksiya əlamətləriniz varsa, mümkün qədər evdə ayrıca otaqda qalın və digər insanlardan uzaq olun, ayrıca vanna otağından istifadə edin. İnsanlarla təmasınız olacağı təqdirdə maskadan istifadə edin.
  9. Şəxsi əşyaları, məsələn, qab-qacaq, dəsmal və yataq dəstlərini evinizdəki insanlarla bölüşməkdən çəkinin.
  10. Masaüstü, süfrə və qapı tutacağı kimi ümumi istifadə olunan bütün səthləri tez-tez təmizləyin. Ev təmizləyici spreylər və ya salfetlərdən təlimatlarına uyğun istifadə edin.
  11. Şəxsi qulluqla bağlı hər hansı bir əlavə sualınız varsa tibb işçisi və ya yerli tibb mərkəzləri ilə əlaqə saxlayın.

COVID-19 xəstəliyinin hazırda təsdiqlənmiş xüsusi virus əleyhinə müalicəsi yoxdur. COVID-19-a yoluxan insanlar simptomları yüngülləşdirmək üçün dəstəkləyici müalicə ala bilərlər. Ağır hallarda müalicəyə həyati vacib orqanların funksiyalarının dəstəklənməsi tədbirləri daxil edilməlidir.

COVID-19-a məruz qaldıqlarını düşünən insanlar dərhal təcili tibbi yardım (103 və ya 113) xidməti ilə əlaqə saxlamalıdırlar

ecomedi logo

Əlaqə üçün məlumat

Ziya Bünyadov pr-ti, 1965-ci məhəllə, Çinar Park Biznes Mərkəzi, bina 1, mərtəbə 1, Bakı

+994 50 824 44 22

info@ecomedi.az